Azər Dadaşovun musiqisi okeanın o tayında səsləndirilib

Azər Dadaşovun musiqisi okeanın o tayında səsləndirilib

Azərbaycan musiqisinin səslənmə arealı günü-gündən genişlənməkdədir. Bu mənada Azərbaycan musiqisi dünya mədəniyyəti sahəsində öz yerini möhkəmləndirir. SİA-nın xəbərinə görə, bu günlərdə okeanın o üzündən aldığımız xəbər bu düşüncələrimizin bir daha təsdiqinin tapmasının təzahürüdür. ABŞ-ın İndiana ştatının Bluminqton şəhərində keçirilən konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, əməkdar incəsənət xadimi Azər Dadaşovun "Şükürlər olsun sənə" ariya-duası da səsləndirilib.

"Bütün dinlər sülh üçün dua edirlər" şüarı altında keçirilən konsertdə üç səmavi dinin- İudaizm, Xristianlıq, İslamı tərənnüm edən musiqilər ifa olunub. Konsertin keçirilməsinin ideyası Ömər Türkmenoğluna məxsusdur. Mənşəcə türk olan Türkmənoğlu İndiana Universitetinin nəzdindəki Musiqi Məktəbinin professorudur.

Konsertin proqramına müxtəlif ölkələrin və xalqların dini məzmunlu vokal musiqiləri daxildir.

Konsertin ABŞ-ın başqa şəhərlərində təkrarlanması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə