Bu gün Azərbaycanın məşhur teatr və kino aktyoru, xalq artisti Fuad Poladovun ad günüdür. SİA bununla bağlı xalq artisti ilə əlaqə saxlayıb onu təbrik edib. Təbrik əsasında məlum oldu ki, F. Poladov yeni filmin çəkilişində idi.
Aktyor bu dəfə də Hərbi Prokurorluğun müstəntiqi Səlimov obrazını yaradır. Fuad Poladov bildirib ki, "Mən evə qayıdıram" adlı tammetrajlı bədii film "Salnamə" studiyasında çəkilir. Filmin rejissoru Samir Kərimoğludur. Gələn ay filmin çəkilişləri tam başa çatacaq.
Aktyor onu da bildirib ki, Akademik Milli Dram Teatrında "Sən həmişə mənimləsən" tamaşasında da iştirak edəcək. O, zavod direktoru Həsənzadə obrazını yaradacaq. Tamaşaya Azər Paşa Nemətov tam yeni quruluş verəcək, hətta adının dəyişdiriləcəyi də gözlənilir. Bu tamaşa teatrsevərlərə yeni mövsümdə təqdim olunacaq.
Fuad Poladov vurğulayıb ki, ilk doğum günü təbrikin dünən axşam ailə üzvlərindən alıb.
Qeyd edək ki, aktyor bu gün 63 yaşını qeyd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB