Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri müzakirə edilib

Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri müzakirə edilib

"Els" Müstəqil Araşdırmalar Mərkəzi cari ilin yanvar ayından "Vətəndaş cəmiyyəti gələcəyimiz naminə" layihəsinə start verib. SİA-nın məlumatına görə, bu gün layihə çərçivəsində "Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən "Els" Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova bildirib ki, layihənin əsas məqsədi uşaq yaradıcılığının mövcud vəziyyətinin qiymətləndirilməsi, o cümlədən uşaqların mədəni inkişafı üçün yaradılan imkanları araşdırmaqla mövcud problemlərin həlli yollarını müəyyən etməkdir: "Gənc nəslin mükəmməl və hərtərəfli inkişafında, yüksək mənəvi və mədəni dəyərlərə malik şəxsiyyət, həmçinin cəmiyyətimizin layiqli üzvü kimi formalaşmasında bu tip layihələrimiz xüsusi əhəmiyyət kəsb edir".

İ. Yaqubova onu da qeyd edib ki, son zamanlar internet vasitələrində uşaq yaradıcılıq mərkəzləri haqqında yetərincə məlumat almaq mümkün olmur: "Bu barədə məlumatlandırılmaq və təbliğat məsələsi düzgün şəkildə qurulmur".

Tədbirin davamında dəyirmi masada iştirak edən qonaqlar mövzu ətrafında müzakirələrlə çıxış ediblər.

Tədbirdə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi, uşaq yaradıcılıq kollektivləri və başqaları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə