Tahir Əmiraslanov: “Azərbaycan mətbəxinə toxunmaq olmaz, çünki onun sahibi var” - MÜNASİBƏT
Son zaman Erməni plagiatlığı yerli mətbuatın qələminə daha çox tuş gəlir. Ermənilərin oğurluğu mədəniyyətin bütün sahələrini əhatə edib. Mədəniyyətimizin mühüm sahəsi və Azərbaycanın milli mədəniyyətinin ayrılmaz hissəsi olan mətbəximizi mənimsəməyə çalışan ermənilərin bu hərəkəti təbii ki cavabsız qalmır. SİA milli mətbəximizin mənimsənilməsi ilə bağlı Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovdan bu məsələ ilə bağlı münasibət öyrənib.
"Ermənilər güclü təbliğat aparmağı bacarırlar. Hətta jurnalların birində yazılmışdı ki, guya xaş erməni mətbəxinə məxsusdur. Bu məsələ ilə bağlı jurnalın 8-ci buraxılışında təkzib hazırlayıb dərc etdirdik. Xaş haqqında dastanı burada yerləşdirdik. Bununla yanaşı, jurnalın 13-cü nömrəsində çoban basdırması yeməyi ilə yazı da getdi",- deyən T.Əmiraslanov bildirib ki, 2005-ci ildə Avropa Şurasının saytında Avropanın mətbəx mədəniyyəti kitabında bəzi Azərbaycan milli yeməkləri erməni mətbəxi bölməsində yer almışdı. Lakin 2008-ci ildə çox böyük mübarizə ilə rəsmi olaraq Avropa Şurasının Azərbaycandan üzr istəməsinə nail olduq və Avropa Şurasının saytında bütün səhvlər düzəldildi. Onlar söz verdi ki, növbəti buraxılışlar da düzəlişlərlə veriləcək. Hər halda Avropa Şurasında dərk etdilər ki, Azərbaycan mətbəxinə toxunmaq olmaz, çünki onun sahibi var. Azərbaycan hökuməti hər zaman öz mədəniyyətinə diqqət göstərir".
Bununla yanaşı, ermənilərin məşhur beynəlxalq qəzetlərinin birində - "Noyu- Kavçek"in 12-ci buraxılışında və saytlarında ermənilərin əleyhinə olan yazılarda yerləşdirildiyini deyən kulinar: "Erməni saytlarına diqqət etsəniz ən çox söyülənlərdən biri də məhz mənəm. Bu hal digər tərəfdən də müsbət qiymətləndirilməlidir. Çünki onların bizlərə cavab vermək üçün arqumentləri yoxdur. Ermənilər də arqument tapmayanda bu üsula əl atırlar",- deyə əlavə edib.
Tahir Əmiraslanov onu da qeyd edib ki, hazırda ermənilərin növbəti plagiatlığı barəsində əlimizdə bir çox faktlar var: "Bilirəm, Ermənistanda çox ciddi səylər görülür ki, bizim mətbəxin özəlləşdirsinlər. Bu fikir tək mənim deyil, həm də alimlərin faktlarıdır. Milləti saxlamaq üçün onun dilini və mətbəxini məhv etmək kifayətdir. Millət dağılmağa o zaman başlayır ki, onun milli mətbəxi aşılanır. Mətbəxin oğurlanması həm də ruhun oğurlanmasıdır. Onlar ilk olaraq özlərini millət kimi formalaşdırsınlar və desinlər ki, biz də millətik. Bütün oğurluqlar buna görədir ki, onlar hələ bir millət kimi formalaşmayıblar. Bu oğurluqların qarşısı vaxtında alınmasa o zaman bunun mənfi nəticələri ola bilər. Başqa sahələrdən fərqli olaraq mətbəx mədəniyyəti konservativdir.
Kulinar onu da vurğulayıb ki, hazırda paxlava haqqında dastan rus dilinə tərcümə olunur.
Qeyd edək ki, erməni plagiatlığı tək mətbəximizlə bağlı deyil, eləcə də digər sahələrimizdə də özünü büruzə verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB