Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Makedoniyanın Monastır (Bitola) şəhərində hərbi xidmətdə olduğu müddətdə (1896-1899) Eleni Karinte adlı qızla yaşadığı məhəbbət macərası ekranlaşdırılacaq.
SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, makedoniyalı yazıçı Deyan Dukovskinin "Balkan Ölməyib" adlı əsərindən götürülən və eyni adı daşıyan filmin çəkilişlərinə yaxın günlərdə başlanacaq.
Rejissorluğunu Aleksandr Popovskinin edəcəyi film, Makedoniyanın \"Kino Oko\" şirkəti ilə Serbiya, Xorvatiya və Sloveniyada kino şirkətlərinin ortaq istehsalı olacaq.
Makedoniya Mədəniyyət Nazirliyinin də maddi dəstək verdiyi filmdə Mustafa Kamal Atatürk rolunu, "Elvida Rumeli\" adlı türk serialından tanınan Makedoniyanın türk mənşəli məşhur sənətçilərindən Ertan Şaban, Eleni Karinte rolunu isə Nataşa Şolyak canlandıracaq.
Filmin çəkilişlərinə gələn həftədən başlanacağını deyən rejissor Aleksandar Popovski Atatürkün yaşadığı məhəbbət macərasını birbaşa kinosevərlərə aşılamağa çalışacaqlarını bildirib.
Popovski filmdə Xorvatiya və Sloveniyadan bir çox sənətçi ilə yanaşı, həm də son illər daha çox adı çəkilən Xorvatiya mənşəli aktyor Rade Şerbetçiyanın da rol alacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB