“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə növbəti xeyriyyə aksiyası keçiriləcək

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə növbəti xeyriyyə aksiyası keçiriləcək

1 İyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə növbəti xeyriyyə aksiyası keçiriləcək. SİA-nın məlumatına görə, xeyriyyə aksiyası ürək qüsurlu uşaqlar üçün həyata keçirilir.

"Geniş ürəklər" adlı aksiya 31 May və 1,3,4 İyun tarixlərində Park Bulvar alış-veriş, istirahət və əyləncə mərkəzində keçiriləcək. Aksiyaya 31 May saat 17:00-da start veriləcək. Aksiya ərəfəsində Bakının ən böyük əyləncə mərkəzi olan Park Bulvarda uşaqlar üçün maraqlı fəaliyyət təşkil olunacaq.

Park Bulvarda təyin olunan tarixlərdə uşaqlar üçün əsl əyləncə şousu keçiriləcək. Hər mərtəbədə müxtəlif oyunlar, maraqlı auksionlar olacaq. Klonların iştirakı, nağlı qəhərmanları ilə tanışlıq, uşaqların iştirakı ilə konsert proqramı həm balacaları, həm də böyüklərin təəccüb və marağına səbəb olacaq.

Balacalar üçün müxtəlif rəsmlərin çəkilməsi və ya əvvəlcədən hazırlanan naxışların rənglənməsi üçün şərait yaradılacaq. Bir sözlə "Geniş ürəklər" aksiyası uşaqlara rəngarəng həyat bəxş etmək üçün onları rənglər dünyası ilə başbaşa qoyacaq.

Aksiyanın sonunda toplanan məbləğ isə ürək qüsurlu uşaqların əməliyyatına sərf olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə