Gürcü rejissorunun səhnələşdirdiyi tamaşa Azərbaycan teatrında nümayiş olunub
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı kollektivinin hazırladığı "Piqmalion" tamaşası nümayiş etdirilib.
SİA-nın məlumatına görə, teatrın bədii rəhbəri Levan Tsuladzenin quruluş verdiyi "Piqmalion" tamaşası Bernard Şounun eyniadlı əsəri əsasında səhnələşdirilib. Gürcüstanın Xalq Artisti Sofiko Çiaurelinin xatirəsinə həsr olunmuş tamaşanın bəstəkarı Vaxtanq Kaxidze, səhnələşdirmənin müəllifi Aka Morçiladze, geyim üzrə rəssamı Anna Kalatozişvili, texniki rejissoru Nina Jorjoliani, xoreoqrafı Giya Marqaniyadır.
Rejissor yozumuna uyğun olaraq tamaşada personajların adları gürcü adları ilə əvəzlənib.
İkihissəli komediyada Gürcüstanın Xalq Artisti Tamara Xirtladze Ana, Zurab Berikaşvili Oğul rolunu oynamışlar. Tamaşada Əməkdar Artist Givi Çuquaşvili, aktyorlar Nato Murvanidze, Nino Dumbadze, Manana Kozakova və başqaları uğurla çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB