Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi mayın 30-31-də Gürcüstana səfər edəcək. Bu barədə SİA -ya məlumat verən teatrın direktoru İsrafil İsrafilov bildirib ki, bu səfər K.Marçanaşvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı arasındakı qarşılıqlı əməkdaşlıq layihəsi çərçivəsində baş tutacaq.
Milli Dram Teatrın kollektivinin ifasında "Xəcalət" və "Lənkəran
xanın vəziri" tamaşalarının nümayişi nəzərdə tutulub. Əməkdaşlıq layihəsi çərçivəsində
eyni zamanda birgə tamaşaların hazırlanması da planlaşdırılır.
Gürcüstanın Akademik Milli Dram Teatrının bədii rəhbəri
Levan Tsuladze Milli Dram Teatrının səhnəsində "Donjuan" tamaşasını
hazırlayacaq.
Teatr Xadimlər İttifaqının sədri, xalq artisti Azərpaşa
Nemətovun quruluşunda isə bir neçə tamaşanın Gürcüstan teatrında hazırlanması nəzərdə
tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB