"Qanun" nəşriyyatı "Ən yeni tərcümə" seriyasından növbəti kitabı – Paulo Koelyonun "On bir dəqiqə" əsərini çap edib. SİA-nın məlumatına görə, əsəri dilimizə tərcüməçi Nəriman Əbdürrəhmanlı çevirib.
Dünyanın ən çox oxunan müəlliflərindən biri, Braziliya yazıçısı Paulo Koelyonun insan qəlbinin gizlinliklərindən bəhs edən "On bir dəqiqə" adlı bestselleri həyata orijinal münasibətilə diqqəti çəkir.
Roman Braziliyadan Avropanı fəth etməyə gələn, bir il öz xoşu ilə fahişəliklə məşğul olan gənc qızın romantik xəyalları və acı gerçəklik haqqında elegiyadır.
Yazıçının digər əsərləri mənəvi və dini motivlərlə bağlı olduğu üçün açıq-saçıq mövzuda qələmə alınan bu əsər böyük tənqidlərlə üzləşmişdi
Kitabın qiyməti 7 AZN-dir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB