Xalq artisti Teymur Göyçəyev: “Yaxşı ifaçıların sayı azalır”

Xalq artisti Teymur Göyçəyev: “Yaxşı ifaçıların sayı azalır”
Azərbaycan musiqisinin şah əsərlərindən olan muğam, klassik musiqilər, xalq mahnılarının təbliğatına son illər diqqət artırılıb. Lakin sirr deyil ki, şou-biznes nümayəndələrinin qazancı birincilərin qazancından yüksəkdə durur. Eyni zamanda şou ulduzların reklam kampaniyası sürətlə inkişaf edir və onları geniş publika tanıyır.


Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, xalq artisti Teymur Göyçəyevin də etirafına görə, hansısa məşhur müğənninin şou-proqramdan götürdüyü pul klassik musiqi ifaçısının qazancından yüksəkdədir. SİA-ya açıqlama verən xalq artisti bu sözləri dedi: "İstedadlı gəncləri bu və ya digər səbəblərdən itiririk. Onlar ailə dolandırmalı, ehtiyaclarını ödəməldirlər. Bunun üçün də asan yola qaçırlar. Beləliklə yaxşı ifaçıların sayı azalır".


Məsələnin çıxış yolunu tapan həmsöhbətim belə bir təklif verdi: "İnsanlar konsert salonlarına gəlmirsə, biz onların ayağına getməliyik. Təbliğat işini daha da gücləndirməliyik".


Musiqiçi eyni zamanda düşünür ki, bu gün səhnədə bərq vuran bəzi savadsız ulduzların ömrü bir gün mütləq tükənəcək. Onun fikrincə, bu məsələdə tamaşaçını qınamaq düzgün deyil. Ona görə ki, bir gündə 20-30 dəfə səsləndirilən mahnı istər-istəməz tamaşaçının yaddaşına köçür: "Reklam bazarı bu gün belə ifaçıların xidmətindədir. Ona görədə, klassika bir qədər kənardadır. Düşünürəm ki, həm estradanı, həm klassikanı, həm də muğamlarımızı eyni səviyyədə təqdim etmək üçün imkanlarımzı səfərbər etməliyik. Belə olan halda dəyərli musiqi özünü göstərəcək və nisbətən

zəifi isə onun kölgəsində sığınacaq tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com