Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov "Eurovision-2011" müsabiqəsində Azərbaycana qalibiyyət qazandıran Eldar Qasımov və Nigar Camalı təbrik edib.
SİA-nın müğənninin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Emin qaliblərimizlə böyük fəxr duyduğunu dilə gətirib: "Mən onların qalibiyyəti ilə fəxr edirəm, bu çox xoş və gözlənilməz sürpriz idi. Bütün Avropa onları çox dəstəkləyirdi və bu da qürurvericidir".
Eldar və Nigarı çox bəyəndiyini də deyən Emin, hər ikisinin təhsilli, sərbəst ingilis dilində danışdığını və sözün hər mənasında Azərbaycanı təmsil etməyə layiq olduqlarını qeyd edib: "Məhz bu möhtəşəm qələbəyə görə Azərbaycan layiq olduğu dünyanın diqqət mərkəzinə çevrildi və qiymətləndirildi. Rusiyaya 12 bala görə ayrıca təşəkkürlərimi bildirirəm. Bütün Azərbaycan bu qələbəyə ürəkdən sevinir və biz hamımız çox qürurlu və xoşbəxtik".
Emin Ağalarov növbəti il üçün "Eurovision" müsabiqəsində çıxış edib-etməyəcəyi ilə bağlı ona ünvanlanan çoxsaylı sualları isə hələ ki, cavabsız qoyur. Müğənninin yaxın gələcək üçün bu mövzuda danışacağı da istisna deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB