Şagirdlər nağıllara səyahət ediblər

Şagirdlər nağıllara səyahət ediblər

134 saylı orta məktəbdə görkəmli rus şairi A.S.Puşkinin anadan olmasının 212-ci ildönümünə həsr edilən "Nağıllarda qonaq" adlı bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbir çərçivəsində A.S.Puşkinin "Золотой петушок", "Сказка о попе и работнике его Балде" nağılları və "Руслан и Людмила" povesti əsasında hazırlanan səhnəciklər göstərilib.

Tədris kompleksinin şagirdləri rus dili haqqında ətraflı məlumat verib və yüksək yaradıcılıq potensiallarını nümayiş etdiriblər. Azərbaycandakı rusdilli tədris müəssisələrinin müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina yaradıcılıq işlərinə görə şagirdlərə təşəkkürlərini bildirib, onlara dərslərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə