Gənc Tamaşaçılar Teatrının direktoru diplomla təltif olunub- FOTO
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Respublika Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin təsis etdiyi "Azərbaycan bayrağı" Media mükafatı Laureatı Diplomu və Azərbaycan Bayrağı döş nişanının təqdimat mərasimi olub.
SİA-nın məlumatına görə, həmin mükafatları vətəndaşlıq rəşadətinə görə Mübariz Həmidova Azərbaycan KİVHİ-nin Rəyasət heyətinin sədr müavini "Obyektiv" qəzetinin baş redaktoru Çingiz Qurbanoğlu təqdim edib.
Tədbirdə teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Rafiq Hüseynov, Şövqi Hüseyatrın redaktoru, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova, truppa müdiri Ələsgər Muradxanlı çıxış edərək Mübariz Həmidovu səmimi qəlbdən təbrik edib və onun yüksək insani keyfiyyətləri, teatra uğurlu rəhbərliyi haqqında yüksək və dəyərli fikirlər söyləyiblər.
Tədbirin sonunda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov "Azərbaycan Bayrağı" Diplomu və döş nişanı ilə təltif olunduğuna görə Respublika Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının rəhbərliyinə, sənət adamlarına söylədikləri dəyərli fikirlərinə görə öz minnətdarlığını bildirərək, bu mükafatın teatrın bütün kollektivinə verilən qiymət kimi dəyərləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB