34 illik fasilədən sonra yenidən Bakıya gələcəklər

34 illik fasilədən sonra yenidən Bakıya gələcəklər

Kote Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrı 34 illik fasilədən sonra Bakıya səfər edəcək. Akademika Milli Dram Teatrından SİA- ya verilən məlumata görə, teatr kollektivi teatrın səhnəsində tamaşa nümayiş etdirəcəklər.

Gürcüstan teatrının Azərbaycanın Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq barədə müqaviləsi var. Müqaviləyə görə, hər iki teatr arasında qastrollar təşkil olunacaq, birgə layihələr və treninqlər həyata keçirəcək.

Mayın 19-20-də Azərbaycan paytaxtında Kote Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatr bədii rəhbər Levan Tsuladzenin səhnələşdirdiyi Yapon yazıçısı Koki Mitaninin "Gülüş akademiyası" tamaşası və Bernard Şounun "Piqmalion" pyesi nümayiş etdiriləcək. Bundan başqa, bu ilin sentyabr ayında Levan Tsuladze Bakıda Maks Frişin əsəri əsasında "Don Juan və yaxud sevgi həndəsəsi" tamaşasını səhnəyə qoyacaq.

Qeyd edək ki, Gürcüstan teatrı sonuncu dəfə Bakıda 1977-ci ildə qastrol səfərində olub.

Azərbaycan Akademik Milli Dram Teatrı isə mayın 30-31-də Gürcüstan paytaxtında səfərdə olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com