Fransa və Polşa teatr mütəxəssisləri Yuğ Dövlət Teatrında ustad dərsləri keçir
Yuğ Dövlət Teatrında xarici ölkələrdən dəvət olunan mütəxəssislərin iştirakı ilə müxtəlif seminar və müzakirələr, ustad dərsləri keçirilir. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, son 10 gün ərzində Yuğ Dövlət Teatrında 2 ustad dərsi keçirilib, üçüncüsü isə bu gün olacaq. Ötən həftə – 10, 11, 12 may tarixlərində Fransa səfirliyi ilə Yuğ Dövlət Teatrının birgə təşkil etdiyi ustad dərsləri və müasir teatr sənəti mövzusunda seminarlar teatr ictimaiyyəti, xüsusən də gənclər tərəfindən maraqla qarşılanıb. Mayın 17-də isə başda Rışard Kalinovski olmaqla, Polşanın ilk rəqs teatrı olan Lyublin Rəqs Teatrını təmsil edən yaradıcı qrup Yuğ Teatrında ustad dərsləri keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB