18 may - Beynəlxalq Muzeylər Günü münasibəti ilə Bakı muzeyləri müxtəlif tədbirlər təşkil edib

18 may - Beynəlxalq Muzeylər Günü münasibəti ilə Bakı muzeyləri müxtəlif tədbirlər təşkil edib

18 may - Beynəlxalq Muzeylər Günü münasibəti ilə Bakı muzeyləri müxtəlif tədbirlər təşkil edib. SİA-nın məlumatına görə, bu günlə əlaqədar olaraq Bakının bütün muzeylərində "Açıq qapı" günü elan edilib.

Beynəlxalq Muzeylər Günü çərçivəsində Muzey Mərkəzinin sərgi qalereyasında xalq rəssamı Mais Ağabəyovun fərdi sərgisi açılıb. Bununla yanaşı, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində konsertlə müşayiət olunan "Muzeydə gecə" təşkil edilib.

Tədbirdə bəzi musiqi təhsil müəssisələrindən prezident təqaüdçüləri çıxış ediblər. Muzeydə rəssam-karikaturaçı Əzim Əzimzadənin sərgisi keçirilib.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü təqvimdə 1977-ci ildə yaranıb.
1978-ci ildən bu gün 150-dən çox ölkədə qeyd edilməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə