\"Eurovision-2011\" təmsilçilərimizin ifaları dünya ölkələrində hitə çevrilib
"Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov və Nigar Camalın müsabiqənin finalındakı çıxışının videosuna artıq 1 milyon 146 min 704 dəfə baxılıb. SİA-nın məlumatına görə, Azərbaycanı "Eurovision-2011"-də uğurla təmsil edərək Vətənə qələbə ilə qayıdan Eldar Qasımov və Nigar Camalın müsabiqədə ifa etdikləri "Running Scared" mahnısı Avropada hitə çevrilir.
Mahnı artıq Britaniyada "Top-40", İrlandiyada "Top-30"-da yer alıb. Norveç və Avstriyada isə qalib mahnımız artıq ən populyar hitlərdən ibarət onluqdadır.
"Running Scared" Almaniyada "Top-10"-da 5-ci, Yunanıstan, İsveç və İsveçrədə 2-ci, Lüksemburqda isə 1-cidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB