Beynəlxalq Muzeylər Günü münasibəti ilə tədbir keçirilib

Beynəlxalq Muzeylər Günü münasibəti ilə tədbir keçirilib

Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, İCOM Azərbaycan Milli Komitəsi 18 May- Beynəlxalq Muzeylər Gününü "Molla Nəsrəddin" jurnalının 105 illik yubileyi ilə əlaqələndirmək təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi "Molla Nəsrəddinlə birgə gülürük" adlı tədbir keçirib. Bununla yanaşı, muzeyin foyesində bu ad altında sərgi də nümayiş olunub.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Musiqili Komediya Teatrının aktyorlarının ifasında musiqili komediyalardan səhnələr və "Musiqiçilər gülür" adlı rubrika da təqdim olunub.

Sərgidə həmçinin muzeyin fondunda saxlanılan arxivlərdən şarjlar, karikaturalar, musiqili komediyalarına illüstrasiyaları nümayiş etdirilib.

Qeyd edək ki, tədbirin qonaqları Bakı muzeylərinin əməkdaşları, Bakı Musiqi Kollecinin müəllim və tələbələri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə