Nigar Camal: “Bu, bütün türk dünyasının qələbəsidir”

Nigar Camal: “Bu, bütün türk dünyasının qələbəsidir”

"Həyat yoldaşım Böyük Britaniya vətəndaşı olan türkdür. Türkiyə bayrağı ilə səhnəyə çıxmağımla onu göstərmək istədim ki, bu, bütün türk dünyasının qələbəsidir". SİA-nın məlumatına görə, bu sözləri yerli mətbuatda yayılan fikirlərə münasibət bildirən Nigar Camal deyib.

\"\"


İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov isə qeyd edib ki, həmin vaxt Eldar Qasımovun Azərbaycan bayrağı, Nigar Camalın isə Türkiyə bayrağı ilə səhnəyə çıxması planlaşdırılırmış, ancaq Eldar həyəcanlı olduğu üçün böyük Azərbaycan bayrağını özü ilə səhnəyə aparmağı unudub: "Ancaq bu ani bir şey oldu. Burada saniyə söhbəti var. Sonra bizim nümayəndə heyətinin üzvləri böyük bayraqlarla səhnəyə çıxdılar. Bu həyəcanı anlamaq olar, buna başqa don geyindirməyə ehtiyac yoxdur".

Eldar Qasımov onu da deyib ki, qalibiyyətdən sonra digər ölkə təmsilçilərindən bir neçəsi onları təbrik edərək, növbəti illərdə də qalibiyyət arzulayıblar.

"Azərbaycanın müxalifət liderləri ilə görüş təklifini qəbul edərsinizmi" sualına Eldar və Nigar belə cavab veriblər: "Hər kəslə görüşməyə hazırıq. Niyə də olmasın?".

Bütün xəbərlər Facebook səhifəmizdə