Eldar Qasımov və Nigar Camal bu yaxınlarda Türkiyəyə səfər edəcəklər
Eurovision-2011" müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal bu yaxınlarda Türkiyəyə səfər edəcəklər. SİA-nın məlumatına görə, bu barədə qaliblər bu gün keçirilən mətbuat konfransında verilən suala cavab olaraq bildiriblər.
Onlar eləcə də bu yaxınlarda Almaniyaya gedəcəklərini qeyd ediblər. Bir çox ölkələrdən dəvət aldıqlarını qeyd edən "Eurovision" qalibləri gələcəklə bağlı bir sıra planları olduqlarını deyiblər. Nigar Camal ona filmə çəkilmək təklifi gəlsə, buna razılıq verəcəyini də bildirib.
Rusiya mətbuatında yer alan "Running Scared" mahnısının plagiat olması ilə bağlı iddialara gəlincə İctimai Televiziya və Radio Verilişləri şirkətinin baş direktoru İsmayıl Ömərov ictimaiyyəti bu cür təxribatlara uymamağa çağırıb.
Mətbuat konfransının sonunda Eldar və Nigar qalibiyyətdən sonra "Esprit Arena"da ifa etdikləri Müslüm Maqomayevin "Ey əziz anam, Azərbaycan" mahnısını və ölkəmizə qalibiyyət gətirən "Running Scared" mahnısını ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB