Eldar Qasımov: “Bu işarə “mən sizi sevirəm” deməkdir”

Eldar Qasımov: “Bu işarə “mən sizi sevirəm” deməkdir”

"Eurovision" -2011-in finalında qələbə qazandığımız elan olunandan sonra göstərdiyim işarə "mən sizi sevirəm" deməkdir". SİA-nın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Azərbaycanı müsabiqədə təmsil edən ifaçılardan biri Eldar Qasımov deyib.O, nümayiş etdirdiyi işarənin müxtəlif cür yozulmasına lüzum görmədiyini bildirib.

Musiqi biliklərini artırmağı düşündüyünü deyən E. Qasımov muğam dərsləri almaq qərarına gəldiyini də deyib.


E. Qasımov hələ də anası ilə görüşmədiyini bildirib: "O qədər tədbir var ki, hələ ki, anamla görüşməyə imkan tapmamışam".


O, həmçinin ən böyük hədiyyələrinin xalqın sevgisi olduğunu da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə