“Park cinema” kinoteatrında “Sahə” bədii filmi nümayiş etdiriləcək
Mayın 19-20-də "Park-Bulvar"da yerləşən "Park cinema" kinoteatrında "Sahə" bədii filmi nümayiş etdiriləcək. Bu barədə SİA-ya "Narimanfilm" kinostudiyasından məlumat verilib.
"Sahə" bədii filmi məşhur fotoqrafın öz uşaqlıq dövrünə mistik səyahətindən danışır."Narimanfilm" (Azərbaycan), "Georgianfilm" və "Bagira Films" (Gürcüstan) studiyalarının müştərək istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və həmçinin, "PAŞA Bank"ın iştirakı ilə ərsəyə gətirilib.
"Sahə" filmi 2010-cu ildə Azərbaycan tərəfindən "Xarici dildə ən yaxşı film" kateqoriyasında 83-cü illik Oskar mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürülüb. Bununla yanaşı, əsas rollardan birinin ifaçısı olan Timur Oduşevin 32-ci Hollivudun Gənc İstedadları Mükafatının (Hollywood Young Artists Award) təqdimetmə mərasimində "Best Performance in an İnternational Feature Film" nominasiyasında mükafat alması bu filmə marağın artmasına səbəb olub.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB