Belarusda “Vitebskdə slavyan bazarı” XX Beynəlxalq incəsənət festivalı keçiriləcək

Belarusda “Vitebskdə slavyan bazarı” XX Beynəlxalq incəsənət festivalı keçiriləcək
İyulun 8-dən 14-dək Belarusda "Vitebskdə slavyan bazarı" XX Beynəlxalq incəsənət festivalı keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Belarusun Azərbaycandakı səfirliyindən bildirilib.
Yubiley festivalının açılışında Nikolay Baskov, Türkiyənin və "Soprano 10"-un xor art-qrupları, Mirey Matye iştirak edəcəklər. Məşhur Space qrupunun Dide Maruani ilə birlikdə çıxışı açılış konsertinin kulminasiya nöqtəsi olacaq.
Festivalın proqramına, həmçinin estrada mahnıları ifaçılarının və uşaqların Beynəlxalq "Vitebsk-2011" musiqi müsabiqələri daxil edilib.

Azərbaycan böyüklərin müsabiqəsində gənc müğənni Aynişan Quliyeva, balacaların yarışında isə səhnə təxəllüsü "Centlmen" olan yeniyetmə istedadlardan ibarət qrup ilə təmsil olunacaq.

Festival günlərində Vitebskdə beynəlxalq investisiya forumu, "Sənətkarlar şəhəri" devizi altında ənənəvi xalq sənətkarlığının nümayişi olan "Festival Vitebskdə kiçik biznes" sərgi-yarmarkası, ümumilikdə isə 70 müxtəlif əyləncəli tədbirlər keçiriləcək.

Bununla yanaşı, slavyan bazarı öz tamaşaçılarını teatr görüşləri, maraqlı filmlərlə, bədii sərgilərlə sevindirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə