Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Amerika Birləşmiş Ştatlarının Hyuston, Los-Anceles, Santa-Monika şəhərlərindəki konsert proqramlarından sonra Azərbaycan mədəniyyət və incəsənət ustaları San-Fransisko şəhərində növbəti dəfə uğurla çıxış ediblər.
Bu barədə SİA-ya nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib.
Belə ki, San-Fransiskonun məşhur teatr salonlarından biri olan Cowel Teatrında iki hissəli konsert proqramı ilə çıxış edən incəsənət ustalarımızı izləməyə gələn tamaşaçılar onları ayaq üstə alqışlayıblar.
"İki dünya" adlanan proqram, istedadlı caz-pianoçu Emil Əfrasiyaboğlunun fortepianoda ifası üzərində qurulub. O, məşhur Azərbaycan melodiyalarının muasir caz interpretasiyası və milli folklor muğamının sintezini nümayiş etdirmək məqsədilə ölkənin aparıcı musiqiçilərini (caz və milli musiqi ifaçıları) öz ətrafına toplayıb.
Tədbir zamanı istrumental musiqi və xanəndələrin ifasında milli muğamla yanaşı, xalq mahnıları səslənmiş, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında valehedici Azərbaycan milli rəqsləri nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB