Çingiz Abdullayevin növbəti əsərinin qəhrəmanı yenə Dronqo olacaq

Çingiz Abdullayevin növbəti əsərinin qəhrəmanı yenə Dronqo olacaq

Çingiz Abdullayevin növbəti əsərinin qəhrəmanı yenə Dronqo olacaq. SİA-nın xəbərinə görə, dedaktiv janrında olacaq yeni əsər psixoloji hadisələrlə zəngindir. Əsərdə ən maraqlı hadisələr Bakının küçələrində cərəyan edir. Yazıçının bildirdiyinə görə, onun yeni əsərləri yaxın aylarda reallaşacaq İngiltərə, Türkiyə və Fransa səfərləri zamanı müzakirə ediləcək. Eyni zamanda, səfər zamanı ədibin yeni nəşrlərinin təqdimatı da nəzərdə tutulub. Söhbət əsnasında onu da öyrəndik ki, Ç.Abdullayev əsərlərindən birinin ekran ssenarisi üzərində işləyir. Dövlət sifarişi ilə çəkiləcək film Azərbaycan və Rusiyanın birgə istehsalı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə