“Molla Nəsrəddin” jurnalının 105-ci il dönümünə həsr olunan tədbir keçiriləcək
Mayın 18-də Beynəlxalq muzeylər günü çərçivəsində Cəlil Məmmədquluzadənin Ev Muzeyində "Muzey-yaddaş" devizi altında "Molla Nəsrəddin" jurnalının 105-ci il dönümünə həsr olunan "Molla Nəsrəddin güldürür-düşündürür" vahid mövzuda tədbir keçiriləcək. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.
Məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən xatirə və ev muzeyləri birgə bu tədbirə qoşulacaqlar.
Tədbirin proqramı:
-C.Məmmədquluzadənin Ev Muzeyi – "Cəlil Məmmədquluzadə - Molla Nəsrəddin" sənədli səyyar sərgisinin nümayişi; tədqiqatçı, jurnalist, karikaturaçı rəssamların jurnal haqqında çıxışları; muzeyin direktoru P.Mahmudovanın "Molla Nəsrəddin gülüşü" mövzusunda çıxışı; ədibin Bələdiyyə Teatrı tərəfindən hazırlanmış "Ölülər" əsərinin tamaşasından kadrlar; muzeydə yaradılmış "Gənc turist" klubunun üzvləri tərəfindən mollanəsrəddinçilərin əsərləri əsasında hazırladıqları ədəbi bədii kompozisiya (bədii rəhbər S.Allahverdiyeva);
-Hüseyn Cavidin Ev Muzeyi - "Molla Nəsrəddin" – Milli kimliyimizin yaddaş kitabı" - muzeyin direktoru G.Əliyevanın məruzəsi;
-Cəfər Cabbarlının Ev Muzeyi - "Cəfər Cabbarlının satira yaradıcılığı" - Filologiya elmləri namizədi, Cabbarlışünas alim Asif Rüstəmli;
-Ə.Əzimzadənin Mənzil Muzeyi - "Mollanəsrəddinçi karikatura ustası Ə.Əzimzadə" sərgisinin nümayişi və sərgi üzrə mühazirə;
-N.Nərimanovun Xatirə Muzeyi - N.Nərimanovun Xatirə Muzeyinin elmi işçisi Rəna Qəhrəmanovanın "Cəlil Məmmədquluzadə və Nəriman Nərimanov" mövzusunda məruzəsi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB