Akademik milli dram teatrları direktorlarının müşavirəsi keçiriləcək

Akademik milli dram teatrları direktorlarının müşavirəsi keçiriləcək

Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov 16-19 may tarixləri arasında Türkiyədə işgüzar səfərdə olacaq.
SİA-nın məlumatına görə, səfərin məqsədi 17-28 may 2011-ci il tarixlərində keçiriləcək İkinci Antalya Beynəlxalq Teatr Festivalı çərçivəsində TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının üzvləri olan ölkələrin dövlət akademik milli dram teatrlarının direktorlarının müşavirəsində iştirak etməkdir.
TÜRKSOY və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrları Genel Müdirliyinin təşkil etdiyi tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kipr, Tatarıstan, Başqırdıstan, Altay, Çuvaşıstan və Xakasiya dövlətlərinin teatrlarının Direktorlar Şurasının yaradılması və türk dövlətləri teatrlarının birgə əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə