\"Eurovision 2011\"-in qalibləri Eldar və Nigar vətənə qayıtdılar - VİDEO

\"Eurovision 2011\"-in qalibləri Eldar və Nigar vətənə qayıtdılar - VİDEO

Azərbaycana "Eurovision" qələbəsi yaşadan Eldar Qasımov və Nigar Camal onları müşayiət edən nümayəndə heyəti ilə birlikdə səhərə yaxın saat 05.00-da Vətənə dönüblər.

SİA-nın məlumatına görə, qalib təmsilçilərimiz üçün AZAL Dövlət Konserni tərəfindən xüsusi təyyarə ayrılıb.

Azərbaycanı "Eurovision-2011" yarışmasının qalibi edən təmsilçilərimiz üçün AZAL tərəfindən hazırlanan tort təyyarədə kəsilib.

Hava Limanında "Eurovision" qaliblərini yüzlərlə insan qarşılayıb. Limanın qarşısında böyük tıxac yaranıb. Qarşılanma mərasimində iştirak edənlər "Azərbaycan!" nidalarını səsləndiriblər, onların əllərində Azərbaycan və Türkiyə bayraqları olub. Qaliblərimizi qarşılayanlar arasında millət vəkilləri Ceyhun Osmanlı və Fuad Muradov da olub.

Qarşılanmaya gələn bütün maşınlar Azərbaycan bayrağına bürünüb, maşınlardan ölkəmizin təmsilçilərinin səsləndirdikləri "Running Scared" mahnısının sədaları eşidilib.

Fanatları "Eurovision" təmsilçimizə çoxlu güllər, hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, qaliblərlə birgə Almaniyadakı Azərbaycan nümayəndə heyəti, gənclər və idman naziri Azad Rəhimov başda olmaqla geri dönüblər.



Bütün xəbərlər Facebook səhifəmizdə