Azərbaycan Rusiyada keçiriləcək “Ayna” kinofestivalında iki filmlə təmsil olunacaq
Azərbaycanın milli bayramı - Respublika Günü ərəfəsində, mayın 27-də festivalın bir günü ölkəmizə həsr olunacaq. Həmin gün "Azərbaycan kinosu günü" devizi altında əvvəlcə Şamil Əliyevin indiyədək bir çox beynəlxalq kinofestival və müsabiqələrdə müvəffəqiyyətlə nümayiş etdirilən "Azərbaycan xalçası" ("Azerbaydjanskiy kovyor") sənədli filmi göstəriləcək.
Daha sonra Beynəlxalq festivalın iştirakçıları Ziya Şıxlinskinin Azərbaycanın Xalq Rəssamı Tahir Salahova həsr etdiyi "Ürəyi ilə çəkən rəssam" ("Xudojnik, risuyişiy serdsem") sənədli filminə baxacaqlar. Ənənəyə uyğun olaraq hər ilin aprelində - rejissor Andrey Tarkovskinin ad günündə (4 aprel) "Ayna" Beynəlxalq kinofestivalının startı verilir və may ayında İvanovsk vilayətində başa çatır. Kinovestivalın proqramına daxil edilən yaradıcılıq görüşlərini, Andrey Tarkovski ilə bağlı sərgilərin açılışını və filmlərin təqdimatını əsas hadisələrlə zəngin may kinofestivalının epiqrafı hesab etmək olar.
Bu il V "Ayna" Beynəlxalq kinofestivalının Vladimirdə keçirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB