Osmanlı saray geyimləri ABŞ-da sərgilənəcək

Osmanlı saray geyimləri ABŞ-da sərgilənəcək

ABŞ-ın Nyu-York şatatında təşkil olunan "Türk Günü"nə dəvət edilən Adana Yetkinləşmə İnstitutu orada Osmanlı saray paltarlarından ibarət 50 geyim və 60 tabloluq kolleksiyalarını sərgiləyəcək. SİA-nın xəbərinə görə, institut rektoru İqbal Kalın 17-23 may tarixlərində ABŞ-a gedəcəklərini və buradakı "Türk Günü"ndə təqdim edəcəkləri sayəsində türk mədəniyyətini və ənənəvi sənətlərini tanıtma imkanı əldə edəcəklərini söyləyib.

Mədəniyyət və Turizm Nazirliyinin də dəstəyilə ABŞ-a gedəcəklərini bildirən İ.Kalın burada Amerika Türk Qadınlar Birliyi ilə ortaq iş görəcəklərini, Osmanlı saray paltarlarından ibarət olan kolleksiyanı mayın 18-də Nyu-Yorkda reallaşacaq nümayişdə sərgiləyəcəklərini vurğulayıb.

Padşah xalatları, dövrələri, rölyefleri ehtiva edən kolleksiyada 50 geyim və 60 tablonun olduğunu deyən Kalın, "ABŞ üçün çox həyəcanlıyıq. Osmanlı Saray mədəniyyətinin nümunələrini ən yaxşı şəkildə tanıdacağımıza inanıram" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə