Emin Ağalarov Moskvada Respublika Günü münasibətilə konsert verəcək

Emin Ağalarov Moskvada Respublika Günü münasibətilə konsert verəcək

28 May tarixində Rusiyanın paytaxtı Moskva şəhərinin \"Bakı\" adlı konsert kompleksində məşhur müğənni Emin Ağalarovun solo konserti keçiriləcək. SİA müğənninin rəsmi saytına istinadən xəbər verir ki, konsert 28 May Respublika Gününə həsr olunacaq.

Məlumatda bildirilir ki, konsertdən əldə olunan gəlir xeyiriyə məqsədi ilə istifadə olunacaq.

Qeyd edək ki, müğənninin konsert turları davam edir. Belə ki, Emin 5 iyun tarixində Sankt-Peterburq şəhərində konser proqramı ilə çıxış edəcək. Konser \"Avrora\" sarayında baş tutuacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə