Azərbaycanlı balaca rəqqaslar “Günəşli şabalıd” festivalında çıxış edəcəklər- FOTO

Azərbaycanlı balaca rəqqaslar “Günəşli şabalıd” festivalında çıxış edəcəklər- FOTO
Mayın 27-dən 29-dək Ukraynanın paytaxtı Kiyev şəhərində "Paytaxt günləri" çərçivəsində "Günəşli şabalıd" II Beynəlxalq Xeyriyyə Festivalı keçiriləcək. "Vitaminlər" rəqs qrupunun təşkilatçılığı ilə həyata keçirilən festivalda ölkəmizi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq studiyasının "Təbəssüm" rəqs qrupu təmsil edəcək.

Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Layihə Ukrayna Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhər merinin rəsmi tədbirləri silsiləsinə, eyni zamanda Kiyev günləri proqramına daxil edilib.

Qeyd edək ki, "Təbəssüm" rəqs qrupunun istedadlı üzvləri bu yaxınlarda Türkiyədən qayıdıblar. Balaca rəqqaslar Bursa şəhərində təşkil olunmuş 33-ci Beynəlxalq Cocuq Festivalında ölkəmizi layiqincə təmsil ediblər. İnanırıq ki, bu dəfə də balaca artistlərimiz vətənə uğurla dönəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə