2010-cu ildə fəaliyyət göstərmiş turizm müəssisələrinin sayı 2009-cu illə müqayisədə 2 vahid artaraq 126-ya çatmış, onların gəlirləri 1,2 milyon manat, yaxud 6,9 faiz artaraq 19,1 milyon manat təşkil edib. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, xidmət göstərilmiş turistlərin sayı əvvəlki illə müqayisədə 10,2 min nəfər artaraq 69,9 min nəfər, tur-günlərin sayı 75,1 min tur-gün artaraq 458,6 min tur-gün olub. Turizm müəssisələrinin vasitəsilə ölkəmizə gələn əcnəbi turistlərin sayı 1,5 faiz artaraq 12,1 min nəfər olub.
Xarici ölkələrə göndərilən Azərbaycan vətəndaşlarının sayı 27,6 faiz artaraq 44,7 min nəfər, ölkə daxilində səyahət etmək üçün göndərilən Azərbaycan vətəndaşlarının sayı isə 3,0 faiz artaraq 13,1 min nəfər olub. Bu müəssisələrdə çalışan işçilərin sayı əvvəlki illə müqayisədə 1,8 faiz artaraq 1418-ə çatıb. İşçilərin orta aylıq əmək haqqının məbləği 24 manat artaraq 326 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB