Növbəti “Muzeylər gecəsi” aksiyası Abdulla Şaiqin Mənzil Muzeyində keçiriləcək

Növbəti “Muzeylər gecəsi” aksiyası Abdulla Şaiqin Mənzil Muzeyində keçiriləcək

Mayın 14-də Abdulla Şaiqin Mənzil Muzeyində "Muzeylər gecəsi" aksiyası çərçivəsində "Qafqaz Media" ictimai birliyi və "Borçalı" qəzetinin təşkilatçılığı ilə tədbir keçiriləcəkdir.

SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın əməkdar artisti Ruhəngiz Allahverdiyeva, müğənnilər Zöhrə Əliyeva, Məsumə Əliyeva, aşıq Aidə Gülzar rəngarəng musiqi nömrələri ilə çıxış edəcəklər.

Gözdən əlil gənc şair Mansur Qadir Abdulla Şaiqə həsr etdiyi şeirini səsləndirəcək. 149, 158, 58 saylı məktəblərin və İncəsənət Gimnaziyasının şagirdləri A.Şaiqin şeirlərini söyləyəcəklər. Muzeydə gənc istedad Səmra Cəfərovanın əl işlərindən ibarət sərgi təşkil olunacaqdır.

Tədbirdə gözdən əlil və valideyn himayəsindən məhrum olmuş uşaqlar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə