Azərbaycanda 3D formatlı ilk animasiya filmi çəkilir

Azərbaycanda 3D formatlı ilk animasiya filmi çəkilir
Azərbaycanda 3D formatlı ilk animasiya filmi çəkilir. SİA-nın məlumatına görə, filmin hazırlıq mərhələsi artıq başa çatıb. Prosesdə müstəqil qrup "Üç dost production" iştirak edir. Filmin rejissoru Arif Məhərrəmov, animasiyanın rəssamı Ramil Əliyevdir.

Nağıl personajlarının yer alacağı yeni film özündə milliliyi, müasirliyi və dünyəviliyi əks etdirəcək.

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan "Cırtdan və Təpəgöz" cizgi filminin avqustda təhvil verilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə