Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsinin yekun konserti keçirilib
Bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilən Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsinin yekun konserti keçirilib.
SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, xalq artisti Gülbacı İmanova bildirib ki, Uşaq xor kollektivlərinin respublika baxış və müsabiqələrinin keçirilməsi artıq ənənəvi hal alıb: "Hər ilin aprel ayında respublikamızın bütün rayon və şəhərlərinin uşaq xor kollektivləri müsabiqəyə qatılırlar".
G. İmanova onu qeyd edib ki, xor kollektivlərinin müsabiqələrin keçirilməsində əsas məqsəd respublikada xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, eyni zamanda xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi və həvəsləndirilməsidir.
Uşaq xor kollektivlərinin VII respublika müsabiqəsi cari ilin aprel ayında zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində və Ağcabədi rayonunda keçirilib. Tədbirdə respublikanın şəhər və rayonlarından 10.000 nəfərdən çox şagird iştirak edib.
Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, xalq artisti Gülbacı İmanovanın sədrlik etdiyi, tanınmış xormeyster və müəllimlərdən ibarət münsiflər heyəti 200-dən çox uşaq xor kollektivinin çıxışını qiymətləndirib.
Münsiflər heyətinin qərarına əsasən xormeysterlər Tatyana Yatsenko (Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli Uşaq Musiqi Məktəbi) Qran Pri mükafatına, Məhin Orucova (Bakı şəhər C.Hacıyev adına 3 nömrəli Uşaq Musiqi Məktəbi) və Zemfira Nurullayeva (Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbi) I mükafata, Səidə Göyçayskaya (Bakı şəhər R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi), Nailə Nəhmədova (Bakı şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi) və Səbinə İbrahimova (Naxçıvan Muxtar Respublikası Ordubad şəhər Uşaq Musiqi Məktəbi) II mükafata, Teymur Cəbrayılov (Bakı şəhər R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi), Aytən Qədirova (Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi), Vüsalə Məmmədova (Bakı şəhər M.Maqomayev adına 26 nömrəli Uşaq Musiqi Məktəbi) və Eldar Bayramov (Ağcabədi rayon Ü.Hacıbəyli adına Uşaq İncəsənət Məktəbi) III mükafata layiq görülüblər.
Qeyd edək ki, müsabiqədə fərqlənən Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəki, Şirvan şəhərlərinin, Abşeron, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xaçmaz, Goranboy, Göygöl, Kəlbəcər, Kürdəmir, Qax, Qobustan, Quba, Qubadlı, Qusar, Saatlı, Salyan, Samux, Siyəzən, Şuşa, Tərtər, Ucar rayonlarının uşaq xor kollektivləri, xormeyster və konsertmeysterləri fəxri fərmanlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB