Əbülfəs Qarayev ölkə prezidentinin fərmanı ilə fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimlərini təltif edib
Bu gün Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə prezidentinin fərmanı ilə fəxri adlara layiq görülən mədəniyyət və incəsənət xadimlərini təltif edib. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən nazir bildirib ki, mədəniyyət və incəsənət xadimlərinin əməyinə verilən qiymət onların yaradıcılıq prosesinə müsbət təsir göstərir: "Yaradıcı insanların əməyinin dövlət tərəfindən yüksək qiymətləndirilməsi ənənəsi Heydər Əliyev tərəfindən formalaşıb və hazırda da davam edir. Azərbaycan cəmiyyətində mədəniyyətin inkişafı sahəsində aparılan işlərə böyük maraq var. Ölkə prezidentinin mədəniyyətə böyük dəstəyi bu sahədə aparılan işlərin daha da güclənməsinə səbəb olur. Heydər Əliyev Fondu tərəfindən də Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir".
Ə. Qarayev deyib ki, təkcə may ayı ərzində Azərbaycanın nümayəndə heyətləri bir neçə ölkədə mədəniyyətin təbliğini həyata keçiriblər: "Hazırda ABŞ-ın bir neçə şəhərində Azərbaycan mədəniyyəti günləri keçirilir. Daha sonra Küveytdə, Rusiyada, Çində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə 1000 nəfər müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ edir".
Daha sonra çıxışının ardından mükafatları sahiblərinə verib. Belə ki, Tofiq Bakıxanova Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə prezidentin fəxri diplomu, Eldar Quliyeva şərəf ordeni verilib. Bununla yanaşı digər mədəniyyət xadimləri 2 tərəqqi medalı, 4 əməkdar artisti, 1 xalq artisti, 4 dövlət qulluğunda fərqlənməyə görə mükafatları ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB