Bu il kinostudiyanın yenidən qurulması üçün layihə hazırlanacaq

Bu il kinostudiyanın yenidən qurulması üçün layihə hazırlanacaq
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasının yenidən qurulması istiqamətində danışıqlar aparılacaq. SİA-nın məlumatına görə, bunu açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazir deyib ki, Fransada keçirilən Kann festivalı çərçivəsində Fransa şirkətlərinin nümayəndələri ilə bununla bağlı görüşlər olacaq: "Sabah Kann festivalında Azərbaycanın kino pavilyonu təqdim ediləcək. Orada Fransa şirkətlərinin nümayəndələri ilə görüşlərim olacaq, bu istiqamətdə danışıqlar davam etdiriləcək. Ümidvarıq ki, ilin axırına qədər Azərbaycanda kinostudiyanın yenidən qurulması üçün layihə hazırlanacaq".

Qeyd edək ki, aprelin 5-də Fransa şirkətinin əməkdaşları Bakıya gəliblər. Onlar Azərbaycanda yeganə kinostudiyanın laboratoriyaları, texnikası ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə