Heydər Əliyev Sarayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Heydər Əliyev Sarayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
Heydər Əliyev Sarayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar, ümummilli liderin saraydakı büstü qarşısında anım mərasimi keçirilib. Saraydan SİA-ya verilən məlumata görə, ilk öncə Azərbaycan dövlətçiliyinin yaradıcısı Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev açıb. O, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolundan, vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, o cümlədən Azərbaycanın sosial, iqtisadi və mədəni həyatının bütün sahələrində qazanılan nailiyyətlərdən bəhs edib.

Fərhad Babayev, əldə olunan uğurlar, ölkəmizin sürətli iqtisadi inkişafı, mədəni və siyasi münasibətlər sahəsində əməkdaşlığın ən yüksək səviyyəyə çatması, firavan həyat tərzinin formalaşması və bir çox dəyərlər ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin ən bariz nümunəsi olduğunu vurğulayıb.

Sonda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədəyönlü daxili və xarici siyasətdə, ulu öndərimizin ideyalarının uğurla həyata keçirildiyini bildirib.
Tədbirə kollektivin əbədiyaşar Heydər Əliyev haqqında xatirələri ilə bağlı bir sıra çıxışlarla yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə