Kann kinofestivalında İranın iki siyasi məhbusunun filmləri nümayiş olunacaq
2011-ci ilin Kann kinofestivalında hazırda İranda həbsxanada olan iki kinorejissorun filmləri də nümayiş ediləcək. SİA-nın məlumatına görə, xəbəri "France-Presse" agentliyi festival təşkilatçılarına istinadən yayıb.
Rejissor Cəfər Pənahinin "Bu film deyil" adlı ekran əsəri festivalın rəsmi proqramına təqdim olunub və may 20-də nümayiş etdiriləcək.
Rejissor Məhəmməd Rəsulovun "Görüşənədək" filmi isə may 14-də "Xüsusi baxış" proqramı çərçivəsində təqdim ediləcək. Təşkilatçıların bəyan etdiyi kimi, hər iki film yarımgizli şəraitdə çəkilib və son günlərdə festival təşkilatçılarının əlinə çatıb.
Məlumat üçün bildirək ki, Cəfər Pənahi və Məhəmməd Rəsulov 2010-cu ilin martın ayının 1-də hökümət əleyhinə fəaliyyətdə təqsirləndirilərək həbs edilib. Həmin ilin dekabrında isə 6 il həbs cəzasına məhkum olunublar. Onun 20 il müddətinə peşəkar fəaliyyət göstərməsi, eləcə də İrandan çıxması yasaqlanıb.
Cəfər Pənahi Kann kinofestivalının "Qızıl kamera", Venesiya festivalının "Qızıl şir" və Berlin festivalının "Gümüş ayı" mükafatlarının laureatıdır.
Qeyd edək ki, 64-cü Kann kinofestivalı bu ilin may ayının 11-də açılacaq. Münsiflər heyətinin sədri Robert de Nirodur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB