Nazpəri Dostəliyeva: “Ulu öndər Heydər Əliyevi əvəz edə biləcək ikinci bir şəxsiyyət yoxdur”

Nazpəri Dostəliyeva: “Ulu öndər Heydər Əliyevi əvəz edə biləcək ikinci bir şəxsiyyət yoxdur”
"Bu gün ümummilli lider Heydər Əliyevin doğum gününü Azərbaycan xalqının hər bir nümayəndəsi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Hər bir azərbaycanlı dahi şəxsiyyətimizi yad edir". SİA-nın məlumatına görə, bunu ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə verdiyi açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva bildirib.

O qeyd edib ki, Heydər Əliyev hər zaman Azərbaycan mədəniyyətinə və incəsənətinə xüsusi diqqət ayırıb: "Bununla yanaşı, ulu öndər sənət insanlarına da yüksək qiymət verirdi. Hətta kiçik sənətçini belə diqqətindən kənarda qoymazdı. Dahi şəxsiyyətimiz dünyaya tək gəldi, tək olaraq da həyatdan getdi. Ulu öndərimizi həyatda əvəz edə biləcək ikinci bir şəxs yoxdur. Sözsüz ki, Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev də hər bir azərbaycanlının fəxridir. Ümummilli lider heç bir vaxt heç kimin qəlbindən çıxmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə