“Vokruq Sveta” jurnalında Şəki mətbəxi haqqında məqalə dərc olunub
"Vokruq Sveta" jurnalının 2011-ci il aprel işıq üzü görən sayının "Qastronomiya Səyahəti" adlandırılan rubrikasında "Şəki Oazisi" adlı Şəki mətbəxi haqqında geniş material çap edilib.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən SİA-ya verilən xəbərə görə, Şəki haqqında çap edilən materialda oxucular Şəkinin özünəməxsus mətbəxə malik olması və Azərbaycanın zəngin mətbəx mədəniyyəti ilə tanış olublar.
Məqalədə Şəki paxlavası, Şəki külçəsi, plov, kükü, piti kimi yemək və şirniyyatlar, habelə, Şəkinin şərabçılıq ənənələri haqda geniş məlumat verilmiş və onların hazırlanma qaydaları göstərilib.
Azərbaycanın rəngarəng mətbəx mədəniyyəti və özünəməxsusluğu xüsusi tərzdə dünya oxucuların nəzərinə çatdırılması şübhəsiz ki, Azərbaycan turizminin inkişafı üçün geniş
perspektivlər vəd edir.
"Vokruq Sveta" jurnalında nəşr olunmuş yuxarıda adı çəkilən material Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanmış və 2010-cu ilin iyulunda Nazirlik tərəfindən qeyd edilən nəşriyyatın 2 nəfər əməkdaşının ölkəmizə səfəri təşkil edilib.
Eyni zamanda, xatırladırıq ki, 2010-cu ildə "Azərbaycanı kəşf edək. Bələdçi kitablar" layihəsi çərçivəsində "Vokruq Sveta" nəşriyyatı tərəfindən Azərbaycan haqda nəfis tərtibatlı bələdçi-kataloq nəşr edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB