Rəqsanə: “Heydər Əliyev Azərbaycan xalqının heç bir çətinliyi olmadan yaşaması üçün əlindən gələni əsirgəməyib”

Rəqsanə: “Heydər Əliyev Azərbaycan xalqının heç bir çətinliyi olmadan yaşaması üçün əlindən gələni əsirgəməyib”
Ümummilli lider Heydər Əliyev bizim xalqımız üçün o qədər önəmli bir şəxsiyyətdir ki, o, bugünkü gündə sakit və firavan yaşamağımız üçün zəmin yaradıb. SİA-nın məlumatına görə, bunu ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə açıqlamasında müğənni Rəqsanə bildirib.

O, vurğulayıb ki, Heydər Əliyev Azərbaycan xalqının heç bir çətinliyi olmadan yaşaması üçün əlindən gələni əsirgəməyib: "Hazırda ümummilli liderimizin layiqli davamçısı olan prezident İlham Əliyevdə bu siyasəti davam etdirir. Arzum odur ki, ölkəmizin üzərində olan bu qara buludlar tezliklə çəkilsin. Günü- gündən Azərbaycan dövləti daha da inkişaf edir. Bu gün bayram bayramlara qarışıb. Ulu öndərin doğum günü ilə yanaşı həmçinin gül bayramıdır. Hər iki bayram münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə