Faiq Ağayev: “Heydər Əliyev kimi unikal, dahi şəxsiyyət, əvəzsiz rəhbər hər xalqın qismət payına düşmür”
"Biz çox şanslı bir xalqıq! Çünki Heydər Əliyev kimi unikal, dahi şəxsiyyət, mahir, əvəzsiz rəhbər hər xalqın qismət payına düşmür". SİA-nın məlumatına görə, bunu ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar verdiyi açıqlamasında xalq artisti Faiq Ağayev bildirib.
O qeyd edib ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir: "Ümummilli lider uzaqgörənliyinin bəhrəsini biz bu gün yaşayırıq. Ulu öndərin siyasətinin davamı və inkişafını da bu gün ölkəmizin başçısı İlham Əliyevin misilsiz əməli işlərində görürük. Təsadüfi deyil ki, ulu öndərimizin doğum günü gül bayramı ilə üst- üstə düşür. Gül - həyat eşqi, yaşamaq deməkdir. Heydər Əliyevin də əsas istəyi Azərbaycanın yaşaması idi. Ümummilli lider olduqca çətin bir missiyanı həyata keçirirdi. Dahi şəxsiyyət xalqın xilaskarı, müqəddəs Millət Atası missiyasını gerçəkləşdirdi. Düşünürəm ki, hamı Heydər Əliyevdən Vətəni necə sevməyi bacarığını öyrənməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB