Rusiyanın Kazan şəhərinin meri İlsur Metşin və nümayəndə heyəti "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarəetmə sistemini öyrənmək və Bakının tarixi mərkəzi ilə tanış olmaq məqsədi ilə İçəri Şəhərdə olub.
Nazirlər Kabineti yanında "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən məlumata görə, qonağın İçəri Şəhərdə gəzintisi YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş, ölkəmizin ən möhtəşəm abidələrindən olan və bir neçə min illik tarixə malik Qız Qalası ilə tanışlıqla başlayıb.
Metşin Qız Qalasında yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə məlumatlandırılıb. Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiya qonağın marağına səbəb olub. Qonaqların gəzintisi Qoşa Qala meydanı ilə tanışlıqla davam etdirilib. Onlara meydan və burada yerləşən qədim binaların inşa tarixi barədə məlumat verilib. Metşin təzə bişmiş təndir çörəyinin dadına baxıb. İçəri Şəhərlə tanışlıq elektromobillərlə davam etdirilib.
Daha sonra qonaq İçəri Şəhər ərazisində dünya əhəmiyyətli üç abidədən biri olan Məhəmməd Məscidində olub. Ötən il burada başa çatmış muzey konservasiyası işləri barədə məlumat qonağın diqqətinə çatdırılıb. Qonaq "Kiçik Karvansara" abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – "İncəsənət Bağı"ında da olub. Burada Metşin İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB