“Mənim atam” qısametrajlı filmi mükafata layiq görülüb

“Mənim atam” qısametrajlı filmi mükafata layiq görülüb
Elçin Musaoğlunun ssenarisi əsasında çəkilən "Mənim atam" qısametrajlı filmi İranda keçirilən Kiş Beynəlxalq Film Festivalının müsabiqəsində ikinci mükafata layiq görülüb. SİA-nın məlumatına görə, festivalda Orta Asiya, Çin, Hindistan, Yaponiya, Misir, Türkiyə və s. ölkələrin filmləri nümayiş olunub.

Filmin ssenari müəllifi Elçin Musaoğlu həm də festivalda beynəlxalq jürinin üzvü kimi iştirak edib.

"Mənim atam" filminin rejissoru Novruz Hikmət, operatoru Mətləb Yaquboğludur. Rollarda Rövşən Ağayev, Cavad Abbaslı, Oksana Rəsulova, Teymur Məmmədov çəkiliblər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin gənc rejissorlar üçün keçirdiyi "Bu meydan - bu ekran" layihəsinin qalibi E. Musaoğlunun layihəsi "Sinema Evi" prodüser şirkətində çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə