“Aşıq Qərib” dastanı UNESCO-nun qeyri-maddi irs siyahısına erməni nümunəsi kimi təqdim olunub
Azərbaycan folklorunun ən tanınmış nümunələrindən olan "Aşıq Qərib" dastanı UNESCO-nun qeyri-maddi irs siyahısına erməni nümunəsi kimi təqdim olunub. SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Muzey Mərkəzində keçirdiyi mətbuat konfransındakı çıxışı zamanı deyib.
Nazir bildirib ki, ermənilərin Azərbaycan mədəniyyət nümunələrini mənimsəməsi halları davam edir: "Bu dəfə "Aşıq Qərib" dastanı ermənilərin hədəfinə tuş gəlib. Bu faktla dünən UNESCO-nun rəsmi saytında qarşılaşmışam. Bizim xalqa məxsus olan bu dastan erməni nümunəsi kimi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil olunması üçün təqdim edilib. Ermənilər bu hərəkətlərini hələ də davam etdirirlər. Azərbaycan ictimaiyyəti və mətbuatı bu məsələdə ayıq-sayıq olmalıdır. Bu, yalnız bir nazirliyin öhdəsindən gələ biləcəyi iş deyil. Bunu ictimaiyyətin təhlilinə, geniş müzakirəyə çıxarmaq lazımdır".
Ə. Qarayev qeyd edib ki, bu faktla bağlı UNESCO-ya rəsmi müraciət ünvanlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB