Biləsuvarda virtual müsabiqəyə yekun vurulub

Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən “Rayonumuz haqqında 100 maraqlı fakt” adlı virtual müsabiqənin qalibləri məlum olub. SİA-nın məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd regional idarənin əhatə etdiyi rayonların mədəni irsini, tarixini, ədəbiyyatını, görkəmli şəxsiyyətlərini geniş izləyici kütləsinə tanıtmaq, təbliğ etmək və xüsusi karantin rejimi ilə bağlı sosial təcrid şəraitində vətəndaşlarımızın yaradıcılıq potensialına stimul vermək olub.

Müsabiqənin münsiflər heyətinə videoçarx formatında hazırlanmış 60-a yaxın material təqdim edilib.

Neftçala şəhər sakini Arzu Nağıyevanın hazırladığı “Kürdili adası” adlı videomaterial birinci yerə layiq görülmüş və müəllif fəxri fərmanla təltif olunub. Müsabiqənin digər iştirakçılarına da Biləsuvar Regional Mədəniyyət İdarənin həvəsləndirici mükafatları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...