Avqustun 14-də “Xəzərin dalğaları” birinci Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində rəssam Cəlal Ağayevin ustad dərsləri keçirilib. Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, sənətsevərlər “Zoom” proqramı üzərindən reallaşan dərsləri Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (“facebook”, “ınstagram”) hesabları vasitəsilə də izləyə biliblər.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində təşkil olunub. Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə