Akademik Milli Dram Teatrında xalq artisti, Azərbaycan monumental rejissurasının görkəmli siması, milli teatrın yaradıcılıq simasının formalaşmasında böyük xidmətləri olan rejissor Adil İsgəndərovun 100 illik yubileyinə həsr edilən təntənəli gecə keçirilib. SİA-nın məlumatına görə, tədbirin yüksək təşkilati və estetik səviyyədə keçirilməsini təşkil etmək məqsədi ilə Rövşən Almuradlı, Nazim Bəykişiyev, İlham Əsgərov, Elnur Məmmədov, Atababa İsmayıloğlu, Məmmədşah Atayev, Nigar Abdullayevadan ibarət təşkilati qrup da yaradılıb.
Yubiley gecəsinin ssenari müəllifi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, Əməkdar İncəsənət İşçisi Atababa İsmayıloğlu, rejissoru Rövşən Almuradlıdır.
Tədbirdə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, "Azərbaycanfilm" kinostudiyasının direktoru Xamis Muradov, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri, xalq artisti Amaliya Pənahova, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" kafedrasının müdiri Şəhla Əliyeva, kinoaktyor Elxan Qasımov və başqaları çıxış ediblər.
Tədbirdə Akademik Milli Dram Teatrının aktyorlarının ifasında A.İsgəndərovun hazırladığı "Vaqif", "Otello", "Şeyx Sənan" tamaşalarından parçalar nümayiş etdirilib və yubilyarın oynadığı filmlərdən fraqmentlər göstərilib. Həmçinin tədbir iştirakçılarına görkəmli sənətkarın nadir səs yazıları da təqdim olunub.
Qeyd edək ki, yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB